Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Beynəlxalq İqlim Sammitində COP29-un müsbət nəticələri barədə çıxşı edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidməti bildirib.
“Səfir Rəşad Məmmədov Beynəlxalq Ətraf Mühit Kommunikasiya Assosiasiyasının təşkil etdiyi Beynəlxalq İqlim Sammitində iştirak edib və noyabrda Bakıda keçirilmiş COP29 görüşünün müsbət nəticələri, Azərbaycanın “yaşıl enerji” gündəliyi barədə çıxış edib”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.