Vaşinqton, 24 dekabr, AZƏRTAC
ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə onun sözçüsü məlumat yayıb. Bildirilir ki, 78 yaşlı keçmiş prezident temperaturu qalxdığı üçün bəzi test və müayinədən keçirilməsi məqsədilə Corctaun Universitetinin tibb mərkəzinə götürülüb. Klintonun vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Bill Klinton 1993-2001-ci illərdə ABŞ-ın Prezidenti olub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton