AZ

Netanyahu əmr etdi: "Hücum edin"

İsrail Baş naziri Benyamin Netanyahu Yəməndəki Husi üsyançılarına qarşı İranın digər "terror qollarına" qarşı istifadə etdiyi eyni güclə hərəkət edəcəyi barədə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki,bu bəyanat, həftə sonu Tel-Əvivdə bir uşaq meydançasına ballistik raket düşməsindən sonra İslam Respublikasının bu proksi qrupuna qarşı artırılmış kampaniyanın başlanğıcı kimi qiymətləndirilir.

Eyni zamanda, İsrailin bəzi yüksək səviyyəli müdafiə rəsmiləri, o cümlədən Mossad casus agentliyinin rəhbəri, birbaşa Yəməndəki proksi qrupları hədəfə almaq əvəzinə, İranın özünə zərbə endirməyin daha düzgün addım olduğuna inanır.

Şimal İsraildə yerləşən Safed şəhərində təhlükəsizlik kabinetinin iclasından sonra yayımlanan video bəyanatda Netanyahu vurğulayıb ki, İsrail Husilərə qarşı əməliyyatlarda tək deyil və son bir il ərzində ABŞ və Britaniya qüvvələri tərəfindən Husi hədəflərinə qarşı təkrar-təkrar zərbələr endirilib.

"ABŞ və bizim kimi digər ölkələr Husiləri yalnız dünya dənizçiliyi üçün deyil, həm də dünya nizamı üçün təhlükə olaraq görürlər."

"Biz İranın şər oxunun terror qollarına qarşı güclə hərəkət etdiyimiz kimi, Husilərə qarşı da güc, qətiyyət və incəliklə hərəkət edəcəyik," deyə baş nazir bildirib.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
11
1
milli.az

2Mənbələr