Nazirliyin əməkdaşının vəfatı ilə bağlı rəsmi AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı vəfat edib.
Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, İdarədən əməkdaşın vəfatı ilə bağlı açıqlama verilib.
Bildirilir ki, İdarənin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi, 20.01.1977-ci il təvəllüdlü Həsənov Nəcəf Əyyub oğlu 23.12.2024-cü il tarixdə axşam saat 19:00 radələrində Xankəndi şəhərində yaşayış evində vəfat edib.
İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib.