Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea Havay adalarının Böyük Adasında püskürməyə başlayıb.
Bu barədə məlumat The Guardian qəzetinin saytında yer alıb.
“Zeysmik aktivliyin artması yerli vaxtla səhər saat 2 radələrində başlayıb və təxminən yarım saat sonra veb-kamera görüntülərində kalderada çatlardan axan və fəvvarələrdə fışqıran lava görünməyə başlayıb”, – deyə nəşr bildirib.
Qeyd olunur ki, tərkibində kükürd dioksidi olan vulkanik duman insanlar üçün təhlükə yarada bilər.
Noyabr ayında İslandiyanın Reykjanes yarımadasında vulkan püskürdü.
DOĞRU.AZ