AZ

Ərdoğan Suriyaya nə vaxt gedəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamalar verib və "Suriyanın yeni lideri Əhməd Əş-Şara ilə yaxın dialoqdayıq. İnşallah, Suriyaya olan ziyarətlərimiz artaraq davam edəcək" deyə bildirib.

Milli.Az xəbər verir ki, Ərdoğan, "Yeni hökumətdə vəzifə alan şəxsləri qürurla izləyirik. Türkiyədə təhsil almış, xalqımızla mənəvi bağları olan qardaşlarımızı rəhbərlikdə görərkən Allaha şükür edirik. Suriya inqilabının lideri Əhməd Əş-Şara ilə yaxın təmasdayıq. Dünən Xarici İşlər nazirimiz Dəməşqdə idi. İnşallah, ziyarətlərimiz artaraq davam edəcək. Zalim rejimə qarşı mübarizəni qazanan Suriya xalqının qələbəsini və uğurlarını daimi etmək üçün lazım olan hər cür dəstəyi göstərəcəyik. Allahın izni ilə ən çətin günlər artıq geridə qalıb" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
1
olaylar.az

2Mənbələr