AZ

Paşinyan Köçəryan və Sərkisyanı hədələdi

Keçmiş prezidentləri bir daha düşünməyə və üzbəüz müzakirə üçün fürsətdən istifadə etməyə çağırıram.

Axar.az  bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində bildirib.

"Mənim Ermənistanın keçmiş prezidentlərinə təklif etdiyim debat xalqın üçüncü respublikanın tarixində baş verənlərlə bağlı yekun və birmənalı nəticəyə gəlmək üçün böyük əhəmiyyət kəsb edəcək. Bu, əsas informasiya daşıyıcılarının üz-üzə görüşmək və üzbəüz debatla məsafədən debatları yekunlaşdırmaq üçün unikal imkandır.

Bu, təkcə keçmişlə bağlı söhbət deyil, həm də gələcək strategi oriyentasiya üçün əsas hadisədir. Problem təkcə debatda deyil, həm də öz tarixini öz xalqına təqdim etməkdə, öz tarixini dərk etməkdədir.

Keçmiş prezidentlər debatdan imtina etdilər, lakin mən onları bu barədə bir daha düşünməyə çağırıram, çünki gec-tez nəticələr çıxarılacaq.

Mən vicdanlı yolu seçirəm: keçmiş prezidentlərlə üz-üzə görüş. Təklif edirəm ki, bu dəvəti qəbul etsinlər, əks halda nəticələr xalq çıxarmalı olacaq və mən xalqa bu nəticələrin çıxarılmasına kömək edəcəyəm", - Paşinyan qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
5
olaylar.az

6Mənbələr