Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə birlikdə döyüşərkən ölən Şimali Koreya əsgərləri ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski X sosial media platformasında gündəmlə bağlı açıqlamalar verib. Rusiya müharibəsi ilə bağlı son məlumatı Ukrayna Baş Qərargah rəisi Oleksandr Syrskyi-dən aldığını bildirən Zelenski, “ Şimali Koreyanın Rusiya ordusuna əlavə əsgər və hərbi texnika göndərməsi riski var. Biz bu məsələ ilə bağlı konkret addımlar atacağıq"-deyə, bildirib.
Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı itkiləri ilə bağlı son məlumatları paylaşan Zelenski, “Kursk bölgəsində ölən və yaralanan Şimali Koreya əsgərlərinin sayı 3 mini keçib” deyib.
Aytən Yaşar/ Turkustan.az