Ötən gün Suriyada “İslam Dövləti” terror qruplaşmasının mövqelərinə havadan zərbə endirilib.
İndex.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Qeyd olunub ki, aviazərbələr nəticəsində iki terrorçu öldürülüb, biri isə yaralanıb.
“Deyr-əz-Zor əyalətində terrorçuların içərisində silah olan yük maşını endirilən zərbə nəticəsində məhv edilib”, – məlumatda bildirilib.