AZ

“HB Güven Klinik”də 11 aylıq körpənin qolunu…. – Şikayət

Şikayətim “HB Güven Klinik”dəndir. İki gün əvvəl gecə uşağın qızdırması 39-u keçdiyinə görə klinikanın acilinə müraciət etdim. Klinikada uşağın damarını telefon işığı ilə axtarırdılar.Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayətçi Sona Nəbiyeva yazıb. O bildirib ki, klinikanın tibb bacısı 11 aylıq körpənin damarını tapa bilməyib:

“68 manat həkim qəbulu və analizlərə ödəniş etdim. Tibb bacısı 11 aylıq uşağın damarını tapa bilməyib 20 qramlıq şpris iynəsi ilə qolunu deşdi, gözümün qabağında qan necə vururdu üstünə. Ordan qolu sıxıb tupikə qan yığdılar.
Sonra tupikləri verdi əlimə ki, apar 206-207-ci otağa ver. Qapıları neçe dəfə döyəndən sonra bir nəfər aldı məndən analizləri.

Qeydiyyatda məndən sadəcə nömrə istədilər.

Səhəri gün qeyd edilmiş nömrələrə israrlı zəngimdən sonra telefonu açdılar.
Nəticələri tələb etdim. Deyir, email adres versəydiniz göndərərdik. Əgər belədirsə məndən niyə email adres tələb etməmisiz?. Tələb edərdiniz, verərdim. İndi də deyirlər ki, özünüz gəlin götürün.

Bilmək istəyirəm ki, orada damarı telefon işığı ilə axtarırlar? 20 qramlıq iynə şprisi ilə 11 aylıq uşağın damarını deşirlər? Qan tupiklərini ananın əlinə verib laboratoriyaya göndərirlər?
Operativlik belə olur?

Özəl klinikada xidmət bu qədər aşağı səviyyədədir”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
5
4
tribunainfo.az

6Mənbələr