AZ

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri “İstanbul Bakı” idman klubunda olublar

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri seleksiya tədbirləri çərçivəsində Bakıda yerləşən “İstanbul Bakı” idman klubunda olublar.

“İki sahil” xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislər burada Bəxtiyar Hüseynov və Pərvin Hüseynovanın rəhbərliyi ilə məşq edən 15 yaşadək qızların məşqini izləyiblər, həmçinin müəyyən edilmiş kriteriyalara uyğun gələn idmançıların qeydiyyatını aparıblar.

Seçilmiş 6 voleybolçu yanvar ayından etibarən yeniyetmə və gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək məşqlərə cəlb olunacaq.

Seçilən
5
4
ikisahil.az

7Mənbələr