Gəncə şəhərində fərdi evlərdən birində yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Natavan 2” qəsəbəsində qeydə alınıb.
Hadisə yerinə FHN-in iki yanğınsöndürən avtomobili və 20-yə yaxın canlı qüvvəsi cəlb olunub.
İlkin məlumata görə, hadisə zamanı bir nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
Vəfat edən şəxsin 75 yaşlı Tatyana Vasilyevna olması müəyyənləşib.