AZ

Cənubi Koreya HDQ yeni nəsil freqatların tədarükçüsünü seçib

Cənubi Koreyanın Hanwha Ocean gəmiqayırma şirkəti milli donanma üçün nəzərdə tutulmuş dördüncü partiyanın ilk iki “Ulsan” sinifli freqatını tikmək üçün müqavilə alıb.

Herbiand.az Naval News-a istinadən bildirir ki, Hanwha Ocean əvvəllər bu tip üçüncü partiyanın beşinci və altıncı freqatlarının istehsalı üçün sifariş alıb.

Razılaşmanın dəyəri 839,1 milyard Koreya vonu (578,69 milyon ABŞ dolları) təşkil edir. Müqavilənin müddəti 2030-cu ilin dekabr ayıdır.

“Ulsan” sinifli gəmilərin dördüncü partiyası Cənubi Koreya Hərbi Dəniz Qüvvələrində 1980-ci illərdən xidmətdə olan freqatların dəyişdirilməsi proqramının son mərhələsi olacaq. Bu seriyada altı freqatın inşası planlaşdırılır. Yerdəyişmə və ölçülərə görə, onlar üçüncü nəsil gəmilərə uyğun olacaq, lakin əhəmiyyətli dərəcədə yenilənmiş sistemlər alacaqlar.

Bu seriyalı freqatların gövdəsinin uzunluğu 129 metr, eni 14,8 metrdir. CODLOG tipli birləşdirilmiş dizel-qaz turbinli elektrik stansiyası 30 düyünə qədər sürət əldə etməyə imkan verir. Silahlanmaya 127 mm-lik top qurğusu, SSM-700K gəmi əleyhinə raketlər, K-SAAM zenit raketləri və 324 mm-lik K-745 torpedoları daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
herbiand.az

1Mənbələr