Xalq artisti Nazpəri Dostəliyeva özünə dəmdəskahlı ad günü məclisi keçirib.
News24.az OLAY-a istinadla yazır ki, 65 yaşına qədəm qoyan sənətçi yubileyini paytaxt restoranların birində keçirib.
Dostəliyevanın özəl günündə ailəsi ilə yanaşı şou-biznesin məşhur simaları iştirak edib.
Məclisin aparıcılığı Saleh Bağırova həvalə edilib.
Qeyd edək ki, N.Dostəliyeva oğlu Əlini itirdikdən sonra doğum gününü qeyd etməyib. Müğənninin Əkbər adlı daha bir oğul övladı var.