AZ

Gürcüstanı cəzalandırdılar – Tbilisi meri

“Gürcüstan təbii ki, Avropaya istəyir, lakin bu, bu kiməsə bu məqsədi ölkəmizə qarşı şantaj aləti kimi istifadə hüququ vermir”.

Teleqraf.com xəbər verir ki, bunu Tbilisi meri, hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze şəhər şurasının toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzvlüyün məqsədi tələ yeminə çevrilməməlidir.

“Namizəd statusunun verilməsi və verilməməsi məsələsini xatırlayaq. Bizi şantaj edirdilər və açlaldırdılar. Xaricdəki konkret siyasətçilədən tamamilə yalan və uydurma, həqiqətdən və ədalətdən uzaq bəyanatlar eşitdik. Təəssüflər olsun ki, bu gün Gürcüstanı yenə cəzalandırdılar, danışıqların açılması və ya açılmaması məsələsini fikirləşdilər”, - K.Kaladze söyləyib.

Mer bildirib ki, danışıqların başlanılması Avropa İttifaqı strukturlarından asılıdır və bu, siyasi spekulyasiya mövzusuna çevrilməməlidir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
4
teleqraf.com

1Mənbələr