AZ

 Paşinyandan qorxaraq debatdan imtina etdilər

Ermənistanın bütün eks-prezidentləri Paşinyanla debatdan imtina ediblər.

Qeyd edək ki, Paşinyan Facebook səhifəsində 1994-cü ildən gedən Ermənistan-Azərbaycan danışıqları Qarabağın Azərbaycana qaytarılması haqda olduğunu bəyan edib və “keçmişləri” məsələ ilə bağlı canlı debata dəvət edib.

Vətəninfo.az xəbər verir ki, hərbi cani Serjik Sarqsyanın ofisində debatdan imtina ilə yanaşı Paşinyana həmsədr ölkələrin – Rusiya, ABŞ və Fransa prezidentləri ilə debat açmağa məsləhət görüblər.

Hərbi cani Robert Köçəryanın əlaltıları belə cavab veriblər: “Nikol Paşinyanın keçmiş prezidentlərlə debat təklifinə cavabı çoxdan Mark Tven verib. Keçmiş prezidentləri narahat etməyə dəyməzdi. “Heç vaxt axmaqla mübahisə etmə. Onun səviyyəsinə enəcəksən, o səni öz təcrübəsi ilə əzəcək”.

Levon Ter-Petrosyanın sözçüsü Arman Musinyan öz “Facebook” səhifəsində yazıb: “Nikol Paşinyan əvvəlcə özü özü ilə debat etsə, dövlətimiz və cəmiyyətimiz üçün son dərəcə faydalı olacaq. Nəticədə müzakirə tərəflərinin hər ikisi ədalətli şəkildə rəqibinin yalançı olduğunu sübut edəcək”.

Baş nazir Nikol Paşinyan keçmiş prezidentləri bir daha düşünməyə və bu fürsətdən üzbəüz müzakirələr üçün istifadə etməyə çağırıb.

Seçilən
9
1
veteninfo.az

2Mənbələr