AZ

Türkiyə Suriyanın yeni hökumətinə 300 minlik ordunun yaradılmasında iştirak edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Türkiyə Suriyanın yeni hakimiyyətinə 300 min nəfərlik nizami ordu yaratmaqda kömək edəcək".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ərəb respublikasının yeni rəhbərliyini təmsil edən general Əhməd Osman "Türkiyə" qəzetinə bildirib.
Onun sözlərinə görə, Suriyada ordunun formalaşmasında türkiyəli hərbi məsləhətçilər və mütəxəssislər iştirak edəcəklər.
"Məqsədimiz il yarım ərzində 300 min nəfərlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət və İsrail təhdidi bunu zəruri edir", - deyə o bildirib.
Generalın sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin özəyi formalaşdırılacaq və qısa müddətdə onların sayı 150-200 min nəfərə çatacaq.
"Yaradılan orduya İdlibdən "Həyat Təhrir əş-Şam" (HTŞ) qruplaşmasının təxminən 40 min üzvü, "Suriya Xalq Ordusu"nun 50 min əsgəri, həmçinin keçmiş prezident Bəşər Əsəd rejiminin cinayətlərinə qarışmayan hərbçilər və kəşfiyyat əməkdaşları daxil olacaqlar. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir", - deyə Osman qeyd edib.
Nəşrin məlumatına görə, Türkiyənin hərbi kontingenti Suriya ərazisində beş həyati əhəmiyyətli nöqtədə yerləşdiriləcək.
Seçilən
4
50
oxu.az

10Mənbələr