AZ

İsrailin müdafiə naziri Haniyənin Tehranda öldürülməsini etiraf etdi

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsində Təl-Əvivin iştirakını rəsmən etiraf edib.

Viral.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

“Biz Yəməndə onlara (“Ənsar Allah” hərəkatını nəzərdə tutur – red.) ciddi zərər vuracağıq, strateji infrastrukturlarını sıradan çıxaracağıq və liderləri ilə Tehranda Haniyə ilə etdiyimiz kimi davranacağıq”, – deyə İsrailin müdafiə naziri qeyd edib.

Son Yazılar:

Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda gecələdiyi malikanədə yaxınmənzilli raketdən açılan atəşlə öldürülüb. İsrail hökuməti əvvəllər Haniyənin öldürülməsində iştirakını etiraf etmirdi.

Seçilən
0
3
viral.az

4Mənbələr