AZ

MARNEULİ MERİYASI AZƏRBAYCAN DİLLİ BAYRAM LÖVHƏSİNİ QADAĞALADI, AMMA...

Marneuli şəhərindəki Yeni il təbriklərinin yazıldığı bannerlərdə Azərbaycan dilinə yer verilməməsinə edilən ictimai tənqidlərdən sonra meriya düzəlişlər edib.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, meriya bannerlərdəki təbrik mesajlarına Azərbaycan dili də əlavə edib. Belə ki, bannerlərdə mövcud olan ingiliscə təbrik mətni Azərbaycan mətni ilə əvəz edilib.

Qeyd edək ki, sözügedən məslə ilə bağlı 19 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclası zamanı "Vahid Milli Hərəkat" partiyasının Bələdiyyə Məclisindəki deputatı Ramal Əhmədov Yeni il təbrik mətinlərinin gürcü dili ilə yanaşı Azərbaycan dilində qeyd olunmamasının səbəbini soruşmuşdur. Bələdiyyə sədri Amiran Qiorqadze isə məsələnin müzakirə ediləcəyini və həll yolunun araşdırlacağını bildirmişdi.

Meriya etirazı başa düşərək mübahisəyə getmədi...

A.Məmmədli

Seçilən
8
tezadlar.az

1Mənbələr