AZ

"Mövsümün ikinci yarısında daha yaxşı "Sumqayıt" görəcəyik"

"Sumqayıt"ın yarımmüdafiəçisi Rövlan Muradov Sportal.az saytına müsahibə verib. 26 yaşlı futbolçu həm 18-ci turun "Kəpəz"lə oyununu (0:0), həm də mövsümün ilk yarısını dəyərləndirib:

- "Kəpəz"lə matçı necə şərh edərdin?

- Bilirdik ki, bizi çox ağır səfər gözləyir. "Kəpəz" turnir cədvəlində bizdən aşağıda olsa da, komanda çox gözəl mübarizə aparır. Azər Bağırov kollektivə yaxşı motivasiya verə bilir. Düşünürəm ki, oyun gözlədiyimiz kimi ağır keçdi. Qələbə qazana da bilərdik, məğlub ola da bilərdik. Məncə, matçın ədalətli nəticəsi heç-heçə idi.

- Mövsümün yarısı artıq geridə qaldı. "Sumqayıt"ın çıxışını necə dəyərləndirirsən?

- Çıxışımızın tam stabil olduğunu deməzdim. Bəzi oyunlarda yaxşı çıxış etdik, bəzilərində isə pis. İnanıram ki, qış fasiləsi bizim üçün uğurlu olacaq. Yaxşı hazırlaşıb mövsümün ikinci yarısında daha yaxşı, daha məzmunlu "Sumqayıt" görəcəyik.

- 18 tur ərzində iki məşqçi ilə çalışdız. Bu dövrləri necə müqayisə edərdin?

- Məşqçiləri ayırmaq istəməzdim. Amma düşünürəm ki, komanda getdikcə daha optimal formaya düşdü, oyunumuz inkişaf etməyə başladı. Həm Samir Abasovun, həm də Vaqif Cavadovun vaxtında.

- Öz performansından məmnunsan?

- Razı deyiləm, heç vaxt da razı olmamışam. Keçən il və bu il çıxışım məni qane etmir. Komandaya xeyir vermək üçün daha çox çalışmalıyam. Həm də üzdə olmaq üçün daha da artırmalıyam.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Seçilən
12
1
sportal.az

2Mənbələr