AZ

Pirotexniki vasitələr satan daha 7 nəfər saxlanıldı - FOTO

Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşları tərəfindən ölkə ərazisində partlayıcı, tezalışan maddələr və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Beyləqan, Ucar, Ağcabədi, Hacıqabul, Masallı, Salyan və Şamaxı rayonlarında keçirilən növbəti tədbirlər nəticəsində partlayıcı maddələrin gizli şəkildə satışını təşkil edən 7 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus mağazalardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə həmin şəxslər barəsində toplanılmış materiallar baxılması üçün məhkəmələrə göndərilib.

Pirotexniki

Seçilən
3
13
hafta.az

10Mənbələr