Ukraynaya məxsus PUA Nijni Novqorodda Rusiya DİN Akademiyasının binasına çırpılıb.
Azpost.info xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, hadisə nəticəsində partlayış və yanğın qeydə alınmayıb. İlkin məlumatlara görə, dron partlayıcı qurğusuz olub. Nəşrin mənbələrinin məlumatına görə, kursantlar təxliyə edilib.
Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.
Azpost.info