AZ

Tiktokerlərə hansı cəza verilə bilər? – Vəkil

Tiktokerlərin saxlanılması ictimaiyyyət tərəfindən rəğbətlə qarşılanıb. Onların fəaliyyətində ictimai əxlaqa böyük zərbə vuran hərəkətlər var. Cinayət məsuliyyətinə gəldikdə, hələlik onların ittiham edildiyi maddə rəsmi olaraq açıqlanmadığından, konkret söz demək çətindir.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a vəkil Səməd Vəkilov polis tərəfindən saxlanılan tiktokerlərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, burada Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham mümkündür:

“Şou təşkil edən şəxslərin vergi, maliyyə fəaliyyətləri, o cümlədən, şəxsiyyət əlehinə olan cinayətlər, təhqir, böhtan və s. elementlərdən söhbət gedir”.

Hüquqşünas xatırladıb ki, araşdırmalar inzibati deyil, cinayət təqibi ilə aparılacağı halda digərləri üçün görk ola bilər.

Qeyd edək ki, ötən gün Tiktok sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək, əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Seçilən
3
3
konkret.az

4Mənbələr