“Turnir cədvəlində mövqeyimiz ürəkaçan deyil.
Amma son turlar vəziyyət yaxşıya doğru gedir”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin kapitanı Rza Cəfərova məxsusdur.
Qapıçı qış fasiləsindən sonra toparlanacaqlarını bildirib: “İnanıram ki, daha yaxşı çıxış edəcəyik”.
21 yaşlı qolkiper qeyd edib ki, Samir Abasov komandaya özünəinamı qaytarmaq istəyir:
“Mövsümə uğursuz başladıq. Ardıcıl məğlubiyyətlər, xal itkiləri komandaya psixoloji cəhətdən mənfi təsir göstərdi.
Bunun üçün də ilk növbədə özünəinamı geri qaytarmaq lazımdır. Samir müəllim də məhz bunun üçün çalışır”.