Ukraynada münaqişə 2025-ci ildə bitəcək. Musavat.com xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban “Magyar Nemzet” qəzetinə müsahibəsində deyib.
O, müharibənin ya dinc danışıqlarda, ya da müharibə edən tərəflərdən birinin məhvi ilə başa çatacağını bildirib.
Orban həmçinin qeyd edib ki, Qərb dövlətləri Kiyevə kömək üçün 300 milyard avro pul xərcləyib. O, Budapeştin Brüsselin təklif etdiyi yolla getmədiyini və Macarıstanın maraqlarına zidd olarsa, Avropa İttifaqının siyasətinə müqavimət göstərməyə çalışdığını vurğulayıb.
Daha əvvəl Orban bildirib ki, Macarıstanın Avropa İttifaqına sədrliyi dövründə Ukraynada sülhlə bağlı dialoqa münasibət dəyişib. Siyasətçinin sözlərinə görə, bundan əvvəl münaqişənin sülh yolu ilə həllindən danışmaq şeytanı çağırmağa bərabər idi.
Musavat.com