AZ

Pezeşkian kəşfiyyatçılardan kömək istədi: “Yoxlanmalıdır”

İran prezidenti Məsud Peeşkian İnformasiya (Kəşfiyyat) Nazirliyinin yaradılmasının 40 illiyi münasibətilə keçirilən təsbirdə iştirak edib.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, o, kəşfiyyatçılara xidmətlərinə görə təşəkkür edib:

"Mükafatınız Allaha imanınıza görədir, xarici düşmən bizi diz çökdürə bilməz. Var gücümüzlə irəliləyəcəyik".

Prezident cəmiyyətdə ümid yaratmağın vacibliyini vurğulayıb:

"Biz bir şey etməliyik ki, xalq hakimiyyətə və ölkənin gələcəyinə ümidli olsun. İnsanlarda ümid, istək və ölkəyə bağlılıq yaratmaq üçün sizdən kömək istəyirəm. Yoxlanmalıdır ki, məsuliyyət daşıyan adamlar düzgün iş görüblər, ya yox. Ölkəni idarə etmək qabiliyyəti olan, səriştəli insanların əlinə verməliyik".


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr