Gürcü müxalifətinin mitinqi zamanı Salome Zurabişvili bildirib ki, hakim partiyanın yeni parlament seçkilərini elan etmək üçün altı gün vaxtı var. “Gürcü arzusu” onları yeni prezident Mixeil Kavelaşvilinin inauqurasiyasına qədər, yəni dekabrın 29-na kimi saxlamalıdır.
Yarımmüddətli prezident həmçinin bildirib ki, o, Gürcüstanın “prezidenti və ali baş komandanı” kimi fəaliyyətini davam etdirmək niyyətindədir.
“Cavab gözləyirəm ki, hər şey aydın olsun. Sabah axşam prezident sarayından tam müraciəti yazacam”, deyə Zurabişvili bildirib.
Öz növbəsində Gürcüstanın baş naziri Kobaxidze vəd edib ki, Zurabişvili iqamətgahı tərk etməkdən imtina edərsə və səlahiyyət müddəti başa çatan dekabrın 29-dan sonra özünü prezident adlandırmağa davam edərsə, ona qarşı cinayət işi açılacaq. Həmçinin, Kobaxidzenin sözlərinə görə, o, yeni parlament seçkiləri təyin etməyə cəhd edərsə, cinayət məsuliyyəti daşıyacaq.
Ülviyyə, Hurriyyet.az