AZ

"Bu cür tətbiqlər yüzlərlədir..." — Sosial şəbəkələrdən gələn TƏHLÜKƏ

 Cari ilin noyabr-dekabr ayları ərzində kibertəhlükəsizliklə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən onlayn anonim sorğu keçirilib. 

Demokrat.az xəbər verir ki, sorğuda iştirak edən respondentlərin 22%-i sosial media platformalarında tanımadıqları hesablardan gələn dostluq və ya əlaqə təkliflərini qəbul etməyin riskləri barədə kifayət qədər məlumatlı deyil. Eyni zamanda, respondentlərin 19%-i sosial media hesablarında şəxsi şəkil və ya videolar paylaşarkən paylaşımın kimlər tərəfindən əlçatan olacağı və ya təqdim ediləcəyi auditoriya kimi seçimləri tam nəzərə almır. 

Maraqlıdır, tanımadığımız hesablardan gələn dostluq təkliflərini qəbul etməyin hansı riskləri var? 

Məsələyə  İKT üzrə ekspert Vasif Qəhrəmanov Demokrat.az-a açıqlamasında münasibət bildirib. O, mümkün təhlükələri belə dəyərləndirib:

"Sırf finansal cəhətdən tanımadığınız insanın dostluğunu qəbul etmək heç bir şəxsi məlumat təqdim etmədikdə heç bir problem yaratmır. Şəxsi maraqlara görə şəkil və ya videolarınızın kiminsə görməyini istəmirsinizsə, qəbul etməməlisiniz. Amma bu da zəmanət demək deyil. Misal üçün, əvvəllər məşhur olar Postegro tətbiqi var idi. Demək olar istənilən hesabın şəkillərini aşkara çıxara bilirdi. Bu tip tətbiq və servislər yüzlərlədir. Ona görə də öncə hərə öz mövqeyini qorumaq üçün lazımi tədbirləri görməlidir. Məsələn, bağlı hesab olsa belə sosial şəbəkələrdə hər şəkili paylaşmamaq daha düzgün olar".

Törə Zeynallı
Demokrat.az

Seçilən
2
demokrat.az

1Mənbələr