AZ

İlham Əliyev idmançılara çağırış etdi

Azərbaycan Prezidenti İlham Əliyev ölkə idmançılarının müntəzəm olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərlər etdiyini deyib.

Demokrat.az-ın məlumatına görə, Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı qeyd edib ki, artıq orada 10 min insan yerləşib.

“Onların böyük hissəsi uşaqlardır, gənclərdir. O yerləri heç vaxt görməyən uşaqlar, gənclər böyük həvəslə oraya qayıdırlar. Əlbəttə ki, Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq”.

Prezident qeyd edib ki, idman yarışları öz yerində, amma, eyni zamanda indi müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, cəmiyyətin digər tanınmış simaları, ziyalılar o bölgələrə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq.

“Həm onlar üçün, həm orada yaşayanlar üçün. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl, rahat”.

Prezident idman ictimaiyyətinə tövsiyə verib.

Seçilən
0
19
demokrat.az

10Mənbələr