AZ

Özəlləşdirmədən dövlət büdcəsinə daxil olan vəsaitlər azaldı

Bu ilin yanvar-noyabr aylarında özəlləşdirmədən dövlət büdcəsinə 108,4 milyon manat vəsait daxil olub.

Teleqraf.com İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 milyon manat azdır.

Ancaq daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 34,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% artım deməkdir.

Ümumilikdə isə, bu ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 142,7 milyon manat (2.5% artım) vəsait daxil olub.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
1
1
teleqraf.com

7phrase_var_article.sources