AZ

İsrailli nazirdən etiraf: Haniyəni biz öldürmüşük

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin bu ilin iyulunda Tehranda öldürülməsinin arxasında İsrail hakimiyyəti dayanır.

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz ilk dəfə etiraf edib.

Nazirin sözlərinə görə, İsrail hakimiyyəti “husilərin infrastrukturunu vuracaq və onların rəhbərliyinin başını kəsəcək”.

Katz bildirib: “Tehranda, Qəzzada və Livanda [İsmail] Haniyə, [Yəhya] Sinvar və [Həsən] Nəsrullaha etdiyimizi Hudeydə və Sənada da edəcəyik”.


Telegram kanalımız
Seçilən
4
yenisabah.az

1Mənbələr