Amerika hökuməti İsraili “Həyat Təhrir əl-Şam”ın lideri əl-Culani ilə əlaqələri inkişaf etdirməyə çağırıb. Bu barədə İsrail televiziyasının 12-ci kanalı yazır.
Amerika rəsmiləri İsrail rəsmilərinə göndərdikləri mesajda Əl-Culani ilə əməkdaşlığın İsrailin bütün regionda təsirini gücləndirəcəyini bildirib: “O, region ölkələri ilə strateji əlaqələri inkişaf etdirmək istəyən praqmatik liderdir. Onunla münasibətlərin qurulmasının İranın Suriyaya qayıtmasının qarşısını alacağı güman edilir".
“Lakin İsraildə əl-Culani-nin beynəlxalq ictimaiyyəti məsxərəyə qoyduğundan şübhələnirlər və izah edirlər ki, o, sadəcə olaraq, onun rəhbərliyi altında yeni rejimi sabitləşdirməyə çalışır və dəyişmək niyyətində deyil”, deyə məqalədə qeyd edilir.
Ülviyyə, Hurriyyet.az