AZ

Qurban Səfərov “Şamaxı”ya lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” hücumameyilli yarımmüdafiəçisi Qurban Səfərov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

“Şamaxı”ın öz yetirməsi olan Qurban Səfərov cari mövsümdə 14 oyunda meydana çıxıb. O, bu oyunlarda 1 qol da vurub. Baş məşqçi Ayxan Abbasovun əsas heyət üzvü kimi görmədiyi futbolçu məhz bu səbəbdən komandadan göndərilib.

Səfərov Azərbaycanın gənclərdən ibarət yığmalarında (U-19, U-21) forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Şamaxı” Qurban Səfərovdan öncə İlkin Muradov, Georgi Kantariya, Adil Nağıyev və Ramin Əhmədovla da yollarını ayırdığını açıqlamışdı.

Seçilən
11
arena.az

1Mənbələr