AZ

Noyabrda ABŞ-da yeni evlərin satışı 5.9% artıb

Fins.az - Noyabr ayında ABŞ-da Yeni Mənzil Satışlarının Həcmi əvvəlki ay ilə müqayisədə 5.9% artaraq illik nisbətdə 664 min təşkil edib.

Bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb. Oktyabr ayı üzrə göstərici yenilənib. Belə ki, daha öncə qeyd olunduğu kimi 610 min yox, 627 min ev satılıb.

Analitiklər isə orta hesabla göstəricinin 650 minə qədər yüksələcəyini proqnozlaşdırmışdılar. İllik ifadədə satışlar 8.7% artıb. Qeyd etmək lazımdır ki, 2023-cü ilin noyabr ayında Yeni Mənzil Satışlarının Həcmi 611 min təşkil edib. ABŞ-da keçən ay yeni evlərin median qiyməti 402.6 min dollar, orta qiyməti isə 484 min dollar olub.

Noyabrın sonunda satışa çıxarılan yeni binaların sayı 490 min olub. İndiki satış tempi ilə ABŞ-da bütün yeni mənzillərin satışı 8.9 ay çəkəcək. Ekspertlər ənənəvi olaraq altı aylıq göstəricinin balanslaşdırılmış bazardan xəbər verdiyinə inanırlar.

Həmçinin, noyabr ayında ölkədə Tikinti üzrə İcazələrin Sayı göstəricisi 1.419 milyon səviyyəsindən 1.93 milyon səviyyəsinə qədər artıb.

Seçilən
11
50
fins.az

10Mənbələr