AZ

30 yaşında zəngin olmağın SİRRİ – 50 illik tədqiqatın ŞOK NƏTİCƏSİ

Yeni Zelandiya alimləri 1972-ci ildən bəri Danidin şəhərindəki 1000 uşaq üzərində apardıqları tədqiqatın nəticəsində belə bir qənaətə gəliblər ki, emosional zəka (EQ) maliyyə uğurunun əsas amilidir.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Nəşr yazır ki, tədqiqatın nəticələrinə görə, emosiyalarını idarə etməyi bacaran, başqalarını dinləyən, səhvlərini etiraf edən və müsbət ruh halını qoruyan şəxslər 30 yaşlarına çatanda daha çox sabit gəlirə, öz mülkünə, qənaətlərə və investisiyalara sahib olurlar.

 

Əksinə, aşağı EQ-ya malik olan insanlar daha çox borc vəziyyətinə düşür, maliyyə qeyri-sabitliyi ilə üzləşir və sosial yardımlara asılı qalırlar. Bu şəxslər, öz emosiyalarını idarə etməkdə çətinlik çəkdikləri üçün impulsiv qərarlar verirlər və maliyyə vəsaitlərini düzgün idarə edə bilmirlər. Nəticədə, onlar çox vaxt əhəmiyyətli maliyyə qərarlarında səhv edərək maddi çətinliklərə və sosial dəstəyə müraciət etməyə məcbur olurlar.

 

Tədqiqat göstərib ki, emosional zəka uşaqlıqdan inkişaf etdirilə bilər. Mütəxəssislər uşaqları emosiyalarını anlamağa, onların səbəblərini və nəticələrini dərk etməyə öyrətməyi tövsiyə edirlər.

 

Musavat.com

Seçilən
2
5
tribunainfo.az

6Mənbələr