AZ

İsrail ilk dəfə etiraf etdi - Onun ölümündə iştirak ediblər

İsrailin müdafiə naziri İsrael Kats ilk dəfə olaraq, Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda məhv edilməsində ölkəsinin iştirakını rəsmən təsdiqləyib.

Olaylar xarici mediaya istinadən xəbər verir ki, Kats husi üsyançılarının liderlərini də hədələyib:

"Biz Tehranda Haniyə, Qəzzada onun varisi Yəhya Sinvar və Livanda "Hizbullah" lideri Həsən Nəsrullaha etdiyimiz kimi, onlara ciddi zərər verəcəyik, strateji infrastrukturlarını hədəfə alacağıq və liderlərini məhv edəcəyik", - deyə nazir qeyd edib.

Xatırladaq ki, İsmayıl Haniyə 31 iyulda Tehranda öldürülüb. İsrail daha əvvəl bu əməliyyatda iştirakını etiraf etməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
0
2
olaylar.az

10phrase_var_article.sources