Bosniya və Herseqovinada yağan güclü qar elektrik enerjisinin verilməsində problemlər yaradıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Bosniya dövlət enerji şirkəti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, güclü qar səbəbindən elektrik xətləri sıradan çıxıb. Eyni zamanda elektrik xəstlərinə baxış keçirmək hava şəraiti ilə bağlı olaraq mümkün olmayıb.
Bosniya və Herseqovinada iki gündür yağan güclü qar nəqliyyatda problemlər yaradıb. Belə ki, ölkə ərazisində dəmir yolu hərəkətini tamamilə dayandırıb. Qonşu Xorvatiya və Serbiyada nəqliyyatda fasilələr olduğu bildirilir.