AZ

"Ermənistan yalnız delimitasiya olunan zonalarda üçüncü tərəfin qüvvələrin çıxarılmasının tərəfdarıdır" - Sultan Zahidov

“Ermənistan Baş naziri Nikol Paşinyanın Bakının narazılığını nəzərə alaraq Aİ missiyasının sərhəddən çəkilməsi ilə bağlı qərar verəcəyi haqqında iddialar var. Lakin hələlik bununla bağlı rəsmi açıqlama olmayıb. Belə ki, məlumata görə, İrəvan Qərb və Bakı arasında ortaq nöqtə tapmaq istəyir”.

“Ermənistanın atacağı addımları sözsüz ki, dəqiq proqnozlaşdırmaq olmur. Çünki biz bilirik ki, əvvəllər də Paşinyan dəfələrlə bir şey deyib, başqa cür hərəkət etmişdir. Yəni dedikləri ilə əməlləri üst üstə düşmədiyi hallar çox olub. Lakin Paşinyanmüsahibə verdi və qeyd etdi ki, Azərbaycan tərəfinə bir ay əvvəl təklif verilib ki, delimitasiya olunan zonalardan üçüncü tərəfin qüvvələri çıxarılsın, digər zonalarda amma qalmağa davam etsin. Bu mövqedən aydın olur ki, Ermənistan yalnız delimitasiya olunan zonalarda üçüncü tərəfin qüvvələrin çıxarılmasının tərəfdarıdır. Nəzərə alsaq ki, sərhədlərin tam delimitasiyası müəyyən zaman alacaq, hətta bu illər ala bilər”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki, o zaman müşahidə missiyasının mandatının artırılması ehtimalı böyükdür.

“Digər tərəfdən də “Qraparak” qəzeti yazırdı ki, Paşinyan başqa bir addım ata, güzəşt edə bilər. O baxımdan ki, müşahidə missiyasının patrul xidməti şərti sərhəddə baş vermir. Yəni missiya nümayəndələri şərti sərhəddən çəkilirlər. İrəvanda və Cermuxdakı ofislərdə yerləşirlər və oradan şərti sərhədə nəzarət edirlər. Belə bir variant da var. Eyni zamanda da başqa bir variant da bu ola bilər ki, fevraldakı mandat artırılır. Lakin misal üçün bir neçə aylıq artırılır və Ermənistanın bunda məqsədi ondan ibarətdir ki, Azərbaycanın hansı addımlar atacağını görərək ona uyğun hərəkət etməsidir. Azərbaycanla Ermənistan arasında razılaşmanın razılaşma olub-olmayacağına görə müəyyənləşdirsin. Nümayəndə heyətinin missiya mandatı uzadılsın ya yox. Yəni ilkin olaraq bir neçə ay uzadıla bilər. Əgər sonra Azərbaycan- Ermənistan arasında normallaşma sürətlə gedərsə, ümumiyyətlə tələb edə bilər ki, mandat daha uzadılmasın. Yaxud da ki, münasibətlərdə problem yaranarsa, istəyə bilər ki, mandat daha da uzadılsın”.

Seçilən
9
aznews.az

1Mənbələr