AZ

"m10" "BakıKart bileti"nin müddəti uzadıla bilər - Rəsmi AÇIQLAMA

"m10" elektron pulqabının "BakıKart bileti" bölməsində bəzən texniki problemlər yaranır. QR koddan istifadə etmədikdə isə balansımızdan pul çıxılır. Bundan başqa biletin müddətinin bir dəqiqə olması, insanların narazılığına səbəb olur. 

Bütün bu problemlərə cavab olaraq, "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva Redaktor.az-a bildirdi ki, bu cür məsələlərin həlli üçün böyük komanda çalışır:

"Bəzən problemlər yaranır. Dünən axşam da belə bir problem yaşandı. Amma qısa müddətdə biz onu həll elədik. Artıq hər şey qaydasında işləyir. QR koddan istifadə edilmədikdə çıxan balans itmir. Sadəcə geri qayıtmaq müddəti dəyişə bilər, yəni bir az uzana bilər. Təəssüf ki, yüklənmələr həddindən artıqdır. Xüsusilə "Ças Pik" vaxtlarında yüklənmə çox olduğuna görə bəzən sistem xətası baş verə bilir. Burada əməkdaşlarımız, böyük bir komanda işləyir. Onlar ən qısa zamanda bunu həll eliyirlər".

Aygün Əliyeva bilet müddətinin bir dəqiqə olmasına da aydınlıq gətirdi:

"Bilet alarkən, onun vaxtı bir dəqiqə olur. Təbii ki, bu da problemlər yarada bilir. Bunun artırılması məsələsi gündəmdədir".

Türkan İSGƏNDƏRLİ

Seçilən
11
redaktor.az

1Mənbələr