AZ

Serdar Ortaç üçün tələb olunan həbs cəzası bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə qanunsuz mərc reklamında və təşviqində ittiham olunan məşhur müğənni Serdar Ortaç bu gün məhkəməyə çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Haber Global" xəbər verib.
Bildirilib ki, adı həmin cinayətdə hallanan məşhur aparıcı Mehmet Ali Erbil də məhkəmədə olub - o, şahid qismində iştirak edib.
Erbil Serdar Ortaçın bu məsələdə daha şanslı olduğunu bildirib.
"Onun işinə daha tez baxılacaq. Bu bizim məhkəmə və nəticəsi ilə proqnoz olacaq. Onun üçün xeyirli olmasını arzu edirəm", - deyə məşhur aparıcı əlavə edib.
Məlumata görə, Serdar Ortaç məhkəmədə müdafiə nitqi ilə çıxış edərkən hadisənin təfərrüatını danışıb. O, aylıq gəlirinin 500 min lira (24.1 min manat) olduğunu bildirib. İfaçının sözlərinə görə, Maltada bir açılış üçün təklif gəlib və o da qəbul edib.
"Aeroportda məni əvvəllər tanımadığım iki nəfər qarşıladı. Maltada müsahibəyə başladılar, şəxsi telefondan yayım açdılar. Çəkilən videonu mənim icazəm olmadan öz saytlarında yayımlayıblar. Əvvəlcə fərqinə varmadım, ancaq sonradan anladım ki, Ünal və Cenkin geyindiyi köynəklərin üzərində Türkiyədəki televiziyalardan tanıdığım qumar saytının adı yazılıb. Mənə israrla Maltada qumarın qanuni olduğunu və mənim də geyinməli olduğumu dedilər, ancaq əsla geyinməyəcəyimi söylədim və qaçmaq istədim. Maltaya getdiyimə çox peşman oldum, ancaq edəcək bir şey yox idi. Heç kimi təşviq etmədim, mənim məlumatım və nəzarətim xaricində özlərinin çəkdiyi videonu öz saytlarında yayımlayıblar. Qanunu pozmaq niyyətim yox idi", - deyə ifaçı vurğulayıb.
İclasda ifaçıya hakim məhkəmə nəzarəti qərarının ləğv edilməsinə qərar verib.
Prokuror isə Serdar Ortaç üçün üç ilə qədər həbs cəzası tələb edib. Ortaçın vəkilləri prokurorun rəyinə qarşı müdafiə üçün əlavə vaxt istəyiblər. Növbəti iclas 2025-ci il fevralın 25-nə təyin olunub.
Məhkəmə binasını tərk edərkən Serdar Ortaç - "İnşallah, hər şey yaxşı olar", - deyib.
Seçilən
3
50
oxu.az

10Mənbələr