AZ

Prezident onu təbrik etdi

Prezident İlham Əliyev Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə təbrik məktubu ünvanlayıb.

Yenilik.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
Liviya Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
Azərbaycan ilə Liviya arasında dostluq əlaqələrinin inkişafı məmnunluq doğurur. Sizin noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi xoş təəssüratlarla xatırlayıram. Son bir il yarım ərzində Sizin ölkəmizə ikinci dəfə səfər etməyiniz dövlətlərarası münasibətlərimizin səviyyəsindən xəbər verir.
İnanıram ki, ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
Seçilən
0
48
yenilik.az

10Mənbələr