AZ

İtaliya Ukraynaya silah tədarükünü davam etdirəcək?

İtaliya

İtaliya hökuməti Ukraynaya silah tədarükü üçün icazəni gələn ilin sonuna qədər uzadıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Bildirilir ki, İtaliya hökuməti bazar ertəsi günü Ukraynanın Rusiyaya qarşı müharibə səylərini dəstəkləmək üçün 2025-ci ilin sonuna qədər “hərbi maşın, material və avadanlıq” tədarükünə icazə verən fərmanı təsdiqləyib.

Bundan əlavə, gələn iyulda İtaliyada Ukraynanın bərpası ilə bağlı konfransın keçiriləcəyi qeyd olunur.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsindən sonra İtaliya iki SAMP/T hava hücumundan müdafiə sistemi də daxil olmaqla, Ukraynaya 10 hərbi yardım paketini təsdiqləyib. İtaliyanın baş naziri Meloni 2022-ci ilin sonunda vəzifəyə gəldikdən bəri Kiyevin tərəfdarı olub və Ukraynanı müharibənin sonuna qədər dəstəkləyəcəyinə söz verib.

E. KAMAL
Seçilən
8
reyting.az

1Mənbələr