AZ

Tural Murtuzəliyev: yeni istilik elektrik stansiyasının qurulması muxtar respublikanın enerji dayanıqlığını tam təmin edəcək

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan Muxtar Respublikası özünün sosial-iqtisadi inkişafının yeni mərhələsini yaşayır. Həyata keçirilən tədbirlər onu göstərir ki, muxtar respublikanın hərtərəfli inkişafı dövlət başçısının diqqət mərkəzindədir”. 

Bu sözləri XQ-ə müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev bildirib. Tural Murtuzəliyevin sözlərinə görə, Azərbaycan Prezidentinin bu yaxınlarda Naxçıvan Sənaye Parkının yaradılması haqqında fərmanı və dekabrın 23-də Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı muxtar respublikanın gələcək inkişafı baxımdan mühüm addımlardır. 

Dövlət Energetika Xidməti rəisinin müavini yaradılacaq yeni istilik elektrik stansiyası haqqında deyib:

“Ehtimal olunan qiymətinə görə bu, muxtar respublikada icra olunacaq ən irihəcmli layihədir. İstilik Elektrik Stansiyasının iki əsas faydası olacaqdır. Birincisi, muxtar respublikanın enerji dayanıqlığı tam təmin olunacaq, bütün hallarda enerji təminatının tam müstəqilliyi bərpa olunacaqdır. İkinci əsas məsələ isə ondan ibarətdir ki, muxtar respublikada alternativ və bərpaolunan enerji potensialının istifadə olunması üçün balans rolunu oynayacaq. Bu, muxtar respunlikanın enerji ixracını təmin etmək üçün birbaşa dəstəkdir. İxrac olunması nəzərdə tutulan enerjini çaylarda suların az olduğu, günəşli saatların az olduğu dövrdə enerjini təmin etməkdə əvəzolunmaz rol oynayacaqdır”.

Tural Murtuzəliyev həmçinin qeyd edib ki, dövlət başçısının “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı da muxtar respublikada enerji təhlükəsizliyinin gücləndirilməsi, su təchizatının dayanıqlığının artırılması, eyni zamanda infrastrukturun modernləşdirilməsinə ciddi tövhələr verəcək. Bu, eyni zamanda muxtar respublikanın ölkənin əsas enerji sisteminə qoşulmasında və ixracın təmin olunmasında ən əhəmiyyətli addımlarından biridir.

Səbuhi HƏSƏNOV

XQ

 

Seçilən
6
xalqqazeti.az

1Mənbələr