Cəlilabad şəhər mərkəzində yerləşən "Göl " otelində yangın başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, H.Əliyev Seyrəngahında yerləşən 3 mərtəbəli otelin 2-ci mərtəbəsində başlayan alov qısa müddətdə digər otaqlara yayılıb.
Hadisə yerinə dərhal Cəlilabad Yanğından Mühafizə Hissəsinin 2 texnikası və əməkdaşları cəlb edilib. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Ümumilikdə otelin 30 kvadratmetr sahəsi tamamilə yanaraq istifadəsiz vəziyyətə düşüb. Uzun müddətdir fəaliyyət göstərməyən oteldə baş verən yanğının səbəbləri araşdırılır.
Sevindirici haldır ki, hadisə zamanı insan itkisi və ya xəsarət qeydə alınmayıb.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad Göl Oteli 2021-ci ilin avqust ayında fəaliyyətə başlayıb.
*** 16:17
Cəlilabad şəhər mərkəzində yerləşən "Göl " otelində yangın başlayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məlumat üçün bildirək ki, “Göl” oteli Cəlilabad rayonu ərazisində, Xəzər dənizinə yaxın, süni göl ətrafında tikilmiş istirahət məkanıdır.
Cəlilabad Göl Oteli 2021-ci ilin avqust ayında fəaliyyətə başlayıb.
Sabutay, Bizim.Media, Cənub bürosu