AZ

Cəlilabadda hotel binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunda yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub.

FED.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 800kv.m. olan otelin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12kv.m. sahədə yanıb.

Hotel binası yanğından mühafizə olunub.

Seçilən
1
7
fed.az

10Mənbələr