Ermənistanın keçmiş prezidentləri Qarabağ mövzusu ilə bağlı Baş nazir Nikol Paşinyanla debata çıxmaqdan çəkinirlər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Adətən, müxalifət liderləri dövlətə rəhbərlik edənləri debata dəvət edirlər, Ermənistanda isə tərsinədir. Baş nazir Nikol Paşinyan Qarabağı “itirdiklərinə” görə məsuliyyətin daha çox Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın üzərində olduğunu bildirir. Paşinyan xələflərini debata çağırıb, hər ikisi imtina edib.
Paşinyanın sözlərinə görə, həm Köçəryan, həm Sərkisyan beynəlxalq vasitəçilərlə Qarabağın Azərbaycana qayatrılması mövzusunu müzakirə ediblər. Köçəryan və Sərkisyan bunu inkar edib. Paşinyan isə ermənilərə reallığı izah etmədiyinə görə, özünü günahkar bilir. Halbuki Paşinyan “Qarabağ Ermənistandır” deyəndə, müharibənin başlama tarixini tezləşdirdi. Ancaq Paşinyan rəqiblərini debata çağırırsa, deməli, özünə arxayındır.
Həmçinin Paşinyan Ermənistan iqtisadiyyatının da Köçəryan və Sərkisyan dövründəkindən daha yaxşı olduğu qənaətindədir”, - ekspert belə söyləyib.