AZ

Eyfel qülləsi yandı

Eyfel qülləsində baş verən yanğın oradakı insanların təcili təxliyyə edilməsinə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə xarici media yazıb.

Mənbə qeyd edib ki, hələlik yanğınsöndürənlər alova çata bilməyib.

İlkin məlumata görə, yanğın qüllənin ikinci və birinci mərtəbələri arasındakı lift şaxtasında baş verib. Hadisənin şahidləri sosial şəbəkələrdə orada olan bütün turistlərin təxliyə edildiyini bildiriblər.
 

“Hazırda Eyfel qülləsində yanğın davam edir. Abidə təzəcə boşaldılıb. Təcili yardım xidmətləri yanğının yerini müəyyənləşdirib, lakin yanğınsöndürənlər alova çata bilmir. Yaxınlıqdakı bütün insanlar təxliyə edilib. Yanğınsöndürənlər hələ də işləyirlər”, - deyə “Dailystar” istifadəçilərin sözlərindən sitat gətirib.


Son məlumatlara görə, yanğınsöndürənlər yanğının mənbəyini tapıb və alovu nəzarət altına alıblar. “1200-ə yaxın insan təxliyə edilib. Fövqəladə hallar xidmətinin əməkdaşları yanğının səbəbini müəyyən edə biliblər. Yanğına liftlərdən birində kabelin həddindən artıq qızması səbəb olub. Yanğın nəzarət altına alınıb və artıq söndürülüb”, - “Mirror” Boulevard Voltaire nəşrinin
jurnalistinə istinadən xəbər verir.

Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr