AZ

Lənkəranda bölgə teatrlarının fəaliyyəti müzakirə olunub

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvləri Lənkəranda səyyar iclas keçiriblər.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, iclasda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və regionda yerləşən teatr kollektivləri iştirak ediblər.

Teatr Xadimləri İttifaqının sədr müavinləri Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar artist, professor Azad Şükürov, İdarə heyətinin üzvü, Xalq artisti Mərahim Fərzəlibəyov, İttifaqın məsul katibi Aida Qafarova ölkə teatrlarının bugünkü vəziyyətindən, uğurlarından və problemlərindən danışıblar.

Tədbirdə İttifaqın sədri Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Azərbaycanın teatr həyatından, o cümlədən bölgə teatrlarında yaranan canlanma prosesindən, 2023-cü ilin may ayından başlayan və böyük uğurla davam edən İttifaqın "Qonaq teatr" layihəsindən söhbət açıb.

Sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, teatr sənəti sahəsində uğurlu fəaliyyət göstərən Lənkəran Dövlət Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, baş rejissor Anar Babalı, teatrın aktrisaları Qızılgül Quliyeva və Aynur Əhmədova, Salyan Dövlət Kukla Teatrının baş rejissoru Rafiq Mirzəyev İttifaqın fəxri fərmanları ilə təltif olunublar.

Seçilən
2
2
azertag.az

3Mənbələr