AZ

“Nöqtə”ni “Nida”ya çevirən Lider

Azərbaycan Respublikasının prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin ən işıqlı şəxsiyyətlərindəndir. XXI əsrin 21 ili müddətində Prezident İlham Əliyevin Azərbaycanın dövlət başçısı kimi fəaliyyətini bir ifadə ilə xarakterizə etmək olar: “Nöqtə”ni “Nida”ya çevirən Zəfər lideri! 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan hələ o vaxt düşmən tapdağında olan əzəli torpaqlarımızda-Şuşada, Cıdır düzündə “Yallı” gedərək “Qarabağ Ermənistandır” deyəndə, Ali Baş Komandanımız onun layiqli cavabını verdi, “Qarabağ Azərbaycandır!Nida!” dedi. Bu gün 200 illik dövlətçilk tariximizdə  ərazi bütövlüyümüzün bərpasına nail olan,  Azərbaycanın sosial-iqtisadi, mədəni, siyasi sahədə nailiyyətlər qazanaraq dünyada tanınmasını uğurlu daxili və xarici siyasəti ilə təmin edən dövlət başçımızın- möhtərəm Prezidentimiz  İlham Əliyevin doğum günüdür.

Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətini şərtləndirən əsas amillərdən biri budur ki, onun qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik erməni işğalına son qoydu, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Bu böyük uğur Azərbaycanın ərazi bütövlüyünün əldə olunması, haqq işimizin qalibiyyəti idi.

Möhtərəm prezidentimiz İlham Əliyevin hakimiyyətdə olduğu illəri Azərbaycan tarixinin ən keşməkeşli, çətin, ağır, bununla yanaşı ən şərəfli, qızılı hərflərlə yazılmış Zəfər səhifəsi adlandırmaq olar. 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı qəsbkar qonşularımızdan  geri almaq, dövlətimizin bütövlüyünü qorumaq, Xocalı ağrısını ovutmaq, millətin kürəyindəki xəcalət yükünü götürmək missiyasını  şərəflə yerinə yetirən ölkə başçımız öz fəaliyyəti ilə subut etdi ki, lider- xalq birliyi  çox şeyə qadirdir,  “dəmir yumruq” olub düşmənin başında çatlaya bilər!

Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfinin  verilməsi ölkə başçımızın beynəlxalq siyasətdəki böyük uğurunun əməli nəticəsi idi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində ölkə başçımızın çıxışında dediklərini xatırlatmaq istəyirəm: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq”.

Azərbaycanın “İslam Səkkizliyi” təşkilatına (D-8) qoşulması başa çatmaqda olan 2024-cü ilin uğurlu yekunlarındandır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın “İslam Səkkizliyi” təşkilatına (D-8) qoşulması qərarını alqışlayaraq qeyd etmişdr ki: “Qardaş Azərbaycanın D-8 sıralarına daxil olması təşkilatın mövqeyini gücləndirib”.

Xatırladaq ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. İlham Əliyev ulu öndərin  daxili və xarici siyasət kursunu uğurla davam etdirməklə Azərbaycanən bugünkü yüksəlişini təmin edir, inkişaf etdirir, yeni uğurlara zəmin yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün fəaliyyəti dövründə  cəmiyyətin  və dövlətin marağında olan  təsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verir, daim diqqətdə saxlayır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 90 illik yubileyindəki çıxışında dediklərini xatırlayaq: “Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı. Azərbaycanda təhsil siteminin təkmilləşdirilməsinə  cox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir!” Müəllimin peşəkarlığı, cəmiyyət həyatında özünü adına layiq aparması bu sahədə həlledici amillərdir. Müəllimin peşəkarlığı, yeniliklə yaşamaq duyğusu bu sahədə xüsusi rol oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyev yazır: “Təhsilin keifiyyəti artmışdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, bunun əsas  səbəblərindən biri müəllimin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirsə  uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.

Sosial şəbəkələrə  diqqət edək-xalqın bütün təbəqələrinin təmsilçiləri sevimli rəhbərlərinə, müdrik siyasəti ilə Azərbaycanı dünya arenasında tanıtmağı bacaran ölkə başçısına ürəkdən gələn xoş sözlər yazılır, arzular bildirilir, minnətdarlıqlar dilə gətiririlir.  Təmsil etdiyim Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə, işçi heyəti  də ölkə başçımızı doğum günü münasibətilə təbrik edərək elm və təhsilin inkişafına verdiyi böyük diqqət və dəstəyə görə təşəkkür edir. Bu gün böyük minnətdarlıq hissi ilə demək istəyirəm ki, LDU-nun hazırkı səviyyəyə çatması, maddi-texniki bazasının yenilənməsi, təhsilin modernləşdirilməsi, tələbə sayının dəfələrlə artması ölkə başçımızın təhsilə göstərdiyi  qayğının nəticəsidir.

Lənkəran Dövlət Universitetinin  kollektivi adından  Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin işıqlı şəxsiyyətlərindən biri, xalqımızın sevimlisi möhtərəm  İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, millətimizin tərəqqisi, dünya dövlətləri içərisində nüfuzunun artması naminə böyük uğurlar, möhkəm can sağlığı , uzun ömür arzu edirik. İnanırıq ki, Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında daha da qüvvətlənəcək, işıqlı sabahına inamla gedəcək!

Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru, professor

Seçilən
9
xalqqazeti.az

1Mənbələr