AZ

İFFHS 2024-cü ilin ən yaxşı oyunçusunu açıqladı

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) 2024-cü ilin ən yaxşı oyunçusunu açıqlayıb.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

IFFHS-nin versiyasına görə bu ada İspaniya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri layiq görülüb. 28 yaşlı oyunçu 191 xalla birinci olub. Braziliya millisinin və "Real"ın oyunçusu Vinisius Junior (166 xal) 2-ci, "Real"ın digər ulduzu Cud Bellingem (62 xal) 3-cü yeri tutub.

Hücumameyilli yarımmüdafiəçi Camal Musiala isə 2024-cü il üçün Almaniya yığmanın ən yaxşı futbolçusu seçilib. Almaniya Futbol İttifaqının rəsmi saytı xəbər verir ki, o, azarkeşlərin səsverməsi əsasında “ən yaxşı" adına layiq görülüb. Tərəfdarlardan 56 faiz səs toplayan "Bavariya"nın 21 yaşlı oyunçusu Florian Virtslə Kay Havertsi qabaqlayıb.

Qeyd edək ki, Camal ölkəsində keçirilən Avropa çempionatında meydana çıxdığı 5 matçda 3 qol vurub.

Seçilən
9
football-plus.az

1Mənbələr